“Rusiya sülhə hazır deyil” Zelenski buna əmindir | Icma.az
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə planlaşdırılan liderlər zirvəsi
O, Rusiyaya müvəqqəti atəşkəs çağırışı etsə də Moskvanın mövqeyini sərt şəkildə tənqid edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski bildirib ki, liderlərin görüşünə qədər atəşkəs elan olunması Ukrayna tərəfindən dəstəklənir və bu təklifi beynəlxalq tərəfdaşların da qəbul edəcəyinə inanır.
O, Ukraynanın danışıqlara dərhal başlamağa hazır olduğunu vurğulayıb.
Prezident eyni zamanda daha əvvəl İstanbulda keçirilmiş görüşlərin nəticə vermədiyini, bu səbəbdən qərar qəbul edilmədiyi müddətdə danışıqların davam etdirilməsinin mənasız olduğunu qeyd edib.
Zelenski Ukrayna tərəfindən təqdim olunan razılaşma sənədinə Moskvanın rəsmi cavab vermədiyini deyib.
Rusiya tərəfindən göndərilən sənədləri isə “ultimatum” adlandıraraq, onların sülh üçün deyil, təzyiq vasitəsi kimi hazırlandığını bildirib.
Ukrayna lideri həmçinin Rusiyanın hava bazalarına edilən hücumların, əgər əvvəlcədən atəşkəs əldə olunsaydı, baş verməyəcəyini qeyd edib.
Tam oxu
Xəbəri oxu