Rusiya Sumi və Odessanın yaşayış məntəqələrini vurub... | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumat verir. 10-dan çox insan yaralanıb...
...İyulun 21-i axşam saatlarında Rusiya hərbçiləri Ukraynanın Sumı şəhərinə pilotsuz təyyarə ilə zərbə endirib.
Yaşayış məntəqələrindən birinə - beş çoxmərtəbəli bina, ticarət mərkəzi və 18 avtomobilə ziyan dəyib.
SİA-nın məlumatına görə, vilayət hərbi idarəsinin rəisi Oleq Qriqorov bildirib bunu.
Ən çox ziyan çəkən evin iki sakini xəstəxanaya yerləşdirilib, daha 12 nəfər tibbi yardıma müraciət edib.
Yaşayış sahəsinin qalan sakinləri şok vəziyyətindədir, onlarla psixoloqlar işləyir.
Bundan sonra rus ordusu Odessaya pilotsuz təyyarələrlə zərbələr endirib.
Hücum nəticəsində şəhərin rayonlarından birində çoxmərtəbəli binaların şüşələri sındırılıb, dayanacaqda avtomobillər yanıb.
Tam oxu
Xəbəri oxu