Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Sumı vilayətinin Şostkinski rayonunun Svesa icmasında Rusiya ordusunun zərbəsi nəticəsində ölənlərin sayı artıq 10 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə şənbə günü, yanvarın 4-də Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Sumi. Rusların Şostkinski rayonunun Svesa kəndinə hücumu nəticəsində ikisi uşaq olmaqla 10 nəfər zərər çəkib”, - məlumatda deyilir.
Xatırladaq ki, yanvarın 4-də Rusiya Sumı vilayətində çoxmərtəbəli yaşayış binasına bomba atıb.
Bizim.Media