Rusiya Suriya ordusuna qarşı döyüşən silahlıların karvanını raket atəşinə tutdu

30.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiya Aerokosmik Qüvvələri Suriya ordusuna qarşı döyüşən "Həyat Təhrir əş-Şam" (əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) qruplaşmasının Hələb vilayətində hərəkət edən avtomobil karvanına raket zərbəsi endirib.

Xarici KİV xəbər verir ki, yaraqlılardan biri təsadüfən raketin düşmə anını mobil telefonunun kamerası ilə qeydə alıb.

Hadisə nəticəsində "Həyat Təhrir əş-Şam"ın onlarla döyüşçüsünün həlak olduğu bildirilir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью