Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. Danışıqlar dalana dirənib.
...Suriyanın yeni hakimiyyət orqanları Rusiyanın hərbi mövcudluğuna dözmək istəmir və Moskva isə hələ ki, onları başqa cür inandıra bilməyib.
SİA-nın məlumatına görə, Bəşər Əsəd rejiminin süqutundan sonra ilk dəfə Rusiya nümayəndə heyəti danışıqlar aparmaq üçün Dəməşqə gəlib.
Amma Moskvanın nüfuzlu rəqibi var, bu, Türkiyədir. Belə ki, Ankara Bəşər Əsədi devirən üsyançıları dəstəkləyib.
...Moskvada vəziyyətlə tanış olan şəxs Bloomberg-ə bildirib ki, Rusiya bazaların saxlanması ilə bağlı hələ ki, razılığa gələ bilməyib.
Onun sözlərinə görə, Suriyanın yeni hökuməti ilə danışıqlar dalana dirənib.
Mənbə bildirib ki, Rusiyanın Xmeymim aviabazasındakı fəaliyyəti məhdudlaşdırılıb və iki nəqliyyat gəmisi hərbi texnikanı çıxarmaq üçün Tartusa yanaşmağa icazə verilənə qədər bir neçə həftə gözləyib.
Qeyd edilməlidir ki, üsyançılara dəstək verən Türkiyə Rusiyanın Suriyada hərbi mövcudluğunu davam etdirməsinə qarşıdır.