Rusiya Suriyadakı bəzi silah və avadanlıqlarını Liviyaya yerləşdirir

04.01.2025

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Suriyanın Tartus dəniz bazasındakı bəzi silah və avadanlıqlarını Liviyaya yerləşdirməyi planlaşdırır.


"Sherg.az" Kyivİndependent-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat əldə edib.

Agentliyin məlumatına görə, Rusiyanın iri desant gəmiləri "İvan Qren" və "Aleksandr Otrakovski", eləcə də “Sparta” yük gəmisinin yanvarın 5-də Suriya limanına çatması planlaşdırılır. 

Daha iki Rusiya gəmisi – "Sparta II" universal yük gəmisi və "İvan Skoblev" tankerinin isə yanvarın 8-də gəlməsi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью