Rusiya Suriyadakı qoşunlarını bu ölkəyə köçürür Baş nazirdən ETİRAZ | Icma.az
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Liviyanın baş naziri Əbdül Həmid Dbeyba Rusiya hərbçilərinin ölkəsinə yerləşdirilməsi ehtimalına kəskin etirazını bildirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Liviya öz hegemonluğunu və gücünü tətbiq etməyə çalışan “xarici gücə” dözməyəcək.
Dbeyba icazəsiz Liviyaya girməyə cəhd edənlərlə mübarizə aparacağını vurğulayıb.
"Heç kim ölkəyə və xalqına öz hegemonluğunu və gücünü tətbiq etmək istəyən xarici gücü qəbul etməyəcək", - deyə baş nazir ifadə edib.
Dbeybanın şərhləri Rusiyanın Suriyadan Liviyaya qoşun köçürə biləcəyi ilə bağlı fərziyyələri fonunda verilib.
Bir gün əvvəl Amerikanın "Wall Street Journal" (WSJ) nəşri yazmışdı ki, Rusiya hava hücumundan müdafiə sistemlərini və digər silahlarını Suriyadakı hərbi bazalardan çıxararaq Liviyaya köçürməyə başlayıb.
Nəşrin mənbələrinə görə, Rusiya yük təyyarələri Suriya bazalarından Liviyanın şərqinə, o cümlədən S-400 və S-300 zenit-raket kompleksləri üçün radarlar daşıyır.
Tam oxu
Xəbəri oxu