Rusiya Suriyadakı vətəndaşlarına çağırış etdi

06.12.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Heyət Təhrir əl-Şamın” rəhbərlik etdiyi cihadçıların Suriyada irəliləməsi davam edir.

"Cebheinfo.az" xəbər verir ki, bölgədə bir çox aktyorun iştirak etdiyi qarşıdurmalar davam edərkən, Rusiyanın Dəməşqdəki səfirliyindən açıqlama verilib.

Bəyanatda Rusiya vətəndaşları Suriyanı tərk etməyə çağırılıb:

“Suriyadakı ağır hərbi vəziyyətlə əlaqədar Suriya Ərəb Respublikasında yaşayan Rusiya vətəndaşlarına mövcud hava limanları vasitəsilə kommersiya uçuşları ilə ölkəni tərk etmələrini tövsiyə edirik".

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью