Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Rusiya "Taliban"la münasibətləri genişləndirir.
“Cebheinfo.az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, Rusiya-Əfqanıstan münasibətlərində yeni proseslər müşahidə olunur.
Qeyd edək ki, Rusiya və Əfqanıstanda “Taliban” hökuməti arasında hərbi-texniki sahədə əməkdaşlığın qurulmasına dair yeni saziş imzalanıb.
Belə ki, Moskvada baş tutan Beynəlxalq Təhlükəsizlik Forumunda imzalanan saziş ikitərəfli münasibətlərdə hərb-texniki sahə ilə yanaşı, təhlükəsizlik sahəsində də əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Sazişdə, həmçinin silah, hərbi texnologiya, texniki dəstək və birgə layihələr kimi istiqamətlər ilə bağlı müddəalar da əks olunub.
Analitiklər hesab edirlər ki, Kremlin bu addımı Rusiyanın "Taliban" rejimi ilə münasibətləri daha strateji mərhələyə keçirməkdə maraqlı olduğunu göstərir.
Sazişin imzalanması Mərkəzi Asiyada qüvvələr balansına yönələn yeni proseslər fonunda baş verib.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin