Rusiya “Talibanı” “siyahı”dan çıxardı... | Icma.az
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir. Mərkəzi Asiyanı nə gözləyir?
Aprelin 17-də Rusiyanın Ali Məhkəməsi Baş Prokurorluğun “Taliban”ın fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı iddiasını təmin edib və hərəkatın terror təşkilatları siyahısından çıxarılması barədə qərar verib.
Hakim Oleq Nefedov bildirib ki, qərar dərhal icra olunmalıdır.
Qeyd edək ki, iclas bağlı qapılar arxasında keçirilib və nəticədə iddianın təfərrüatları məlum olmayıb.
Qeyd edək ki, Rusiyada ötən il “Terrorizmlə mübarizə haqqında” federal qanuna edilmiş dəyişiklikdən sonra “Taliban” terror təşkilatları siyahısından çıxarılan ilk analogiyadır.
Qanunda edilmiş dəyişikliyə görə, terrorizmin təbliğinə, bəraət qazandırmağa, dəstəkləməyə yönəlmiş fəaliyyətinə və ya bu kimi cinayətlərin törədilməsinə xitam verən təşkilatın fəaliyyətinə qoyulan qadağa məhkəmənin qərarı ilə dayandırıla bilər.
“Taliban”ın sözçüsü Zəbihullah Mücahid isə Ali Məhkəmənin qərarını alqışlayıb.
“Rusiya regionda mühüm ölkədir və Əfqanıstanın onunla yaxşı və diplomatik cəhətdən etibarlı əlaqələri var.
Tam oxu
Xəbəri oxu