Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarmağı planlaşdırır

26.11.2024

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.


Rusiya Dövlət Duması “Taliban” radikal islamçı hərəkatının terror təşkilatları siyahısından çıxarılmasına imkan verən qanun layihəsini təqdim edib.
Missiya.Az
xəbər verir ki, bu barədə "Nastoyastchee vremya” məlumat yayıb.

Bildirilib ki, sənəd “terrorizmin təbliği, əsaslandırılması və dəstəklənməsinə yönəlmiş fəaliyyəti dayandırıbsa” təşkilatın siyahıdan çıxarılmasına icazə verir. Müvafiq qərarı məhkəmə verməlidir.

Qeyd olunub ki, əvvəllər Rusiya hakimiyyəti dəfələrlə "Taliban"ı terror təşkilatları siyahısından çıxarmaq planlarından danışıb və "Taliban" nümayəndə heyətləri bir neçə dəfə Moskvaya səfər ediblər.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью