Rusiya “Taliban”ı terror təşkilatlarının siyahısından çıxara bilər

31.03.2025

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Baş Prokurorluq Rusiya Federasiyasının Ali Məhkəməsindən Rusiyada “Taliban” hərəkatına qoyulan qadağanı dayandırmağı xahiş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidməti məlumat verib.
“Rusiya Federasiyasının Ali Məhkəməsi Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq terrorçu kimi tanınan təşkilatların, o cümlədən xarici və beynəlxalq təşkilatların vahid federal siyahısına daxil edilmiş “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı Rusiya Federasiyasının Baş Prokurorunun inzibati iddiasını qəbul edib və icraata götürüb”, - deyə mətbuat xidməti bildirib.
Bildirilib ki, inzibati iş üzrə məhkəmə baxışı 17 aprel saat 14:00-a təyin edilib. İclas bağlı qapılar arxasında keçiriləcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью