Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Taliban” hərəkatı Rusiyada terrorçular siyahısından çıxarılan ilk təşkilat olub. Onun fəaliyyəti 20 il əvvəl Rusiyada qadağan edilmişdi.
Modern.az xəbər verir ki, Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun "Taliban"ın fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı iddiasını təmin edib və hərəkatın terror təşkilatları siyahısından çıxarılması barədə qərar verib.
Hakim Oleq Nefedov bildirib ki, qərar dərhal icra olunmalıdır.