Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Britaniya hakimiyyətini daxili problemlərdən yayınmaq üçün “Rusiya təhdidi” mövzusundan istifadə etməkdə ittiham edib.
Redaktor.az xəbər verir ki, Zaxarova bu barədə brifinqdə danışıb, onun sözlərini TASS yayıb.
Diplomatın sözlərinə görə, Böyük Britaniyada baş verən son hadisələr ölkənin idarəetmə sistemində dərinləşən böhranı göstərir.
O bildirib ki, müdafiə naziri Con Heylinin istefası bu böhranın göstəricilərindən biridir.
Zaxarovanın sözlərinə görə, bu addım Britaniya Baş nazirinin ofisində artan problemlərin daha bir əlamətidir.
“Baş nazirin ən sadiq müttəfiqlərindən birinin, xüsusən də hazırda Ukrayna ətrafındakı vəziyyətə çox qarışan və Leyboristlər Partiyası tərəfindən özünü tanıtmaq üçün lobbiçilik məqsədləri ilə istifadə edilən müdafiə sektorundan getməsi bütün Britaniya hökumətinin sabitliyinə ciddi zərbə vurur”, - deyə Zaxarova bildirib.
O əlavə edib ki, Britaniya hökumətinin daxili çətinlikləri gizlətmək üçün xarici təhlükə ritorikasından istifadə etdiyini düşünür.
Aminə ŞAHSUVARQIZI