Rusiya Təhlükəsizlik Şurası NATO nun yeni məkanda döyüş əməliyyatlarına hazırlığını elan e…
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
NATO dəniz dibində döyüş əməliyyatlarına hazırlaşır və artıq belə bir məkanda hərbi əməliyyatların aparılması üçün müvafiq doktrina hazırlayır.
TASS xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
“Şimali Atlantika Alyansı ölkələri dəniz dibində döyüş əməliyyatlarını quru, hava, dəniz, kosmos və kiberməkanda yeni qarşıdurma mühiti kimi qiymətləndirirlər.
Eyni zamanda, bu cür əməliyyatların aparılması üçün doktrinal sənədlər hazırlanır”, - deyə Təhlükəsizlik Şurasının bəyanatında qeyd olunub.
Beləliklə, dəniz dibinin quru, hava, dəniz və kosmos əraziləri ilə yanaşı, Şimali Atlantika Alyansı üçün yeni qarşıdurma sahəsinə çevrilə biləcəyi bildirilib.
Yanvar ayında NATO hərbi gəmiləri Baltik dənizində patrul etməyə başlayıb.
ERR-in məlumatına görə, iki hərbi gəmi Tallinin Mines Limanında lövbər salıb.
Tam oxu
Xəbəri oxu