Rusiya Tehranın nüvə proqramı ilə bağlı problemlərinin həllinə kömək etməyə hazırdır Peskov

18.02.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya tərəfi İranın nüvə proqramı ilə bağlı problemin həllində Tehrana yardım etməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz əminik ki, danışıqlar prosesinin bütün iştirakçılarının siyasi iradəsi olarsa, İranın nüvə proqramı məsələsi diplomatiya yolu ilə həll oluna bilər və həll edilməlidir”, - deyə o qeyd edib.

Peskov vurğulayıb ki, Rusiya və ABŞ arasında danışıqların başlaması Rusiya və İran tərəflərinin qarşılıqlı fəaliyyətinə təsir göstərməyəcək.

Bundan əvvəl Litvanın xarici işlər naziri Kestutis Budris bildirmişdi ki, Avropa qitədə təhlükəsizlik məsələlərində daha ABŞ-a arxalana bilməz. Onun sözlərinə görə, Avropa gücləri üçün aktual məsələlər Hind-Sakit okean regionunda Çindən gələn təhdidlər, İranın nüvə proqramı və Yaxın Şərqdə tam qeyri-sabitlikdir. O qeyd edib ki, Avropanın müdafiəsini gücləndirəcək addımların atılmaması bir neçə ildən sonra ağır nəticələrə gətirib çıxara bilər.

İran daha əvvəl Tramp hökumətinin mümkün güc tətbiqinə cavab olaraq ABŞ-ı, bu baş verərsə, nüvə proqramını daha da genişləndirə biləcəyi ilə hədələyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью