Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Rusiya ilə əməkdaşlıq çərçivəsində İranda ümumilikdə 8 atom elektrik stansiyasının tikilməsi nəzərdə tutulur”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib.
O, məsələ ilə bağlı iki ölkə arasında protokolun tərtib edildiyini bildirib:
“Bir atom elektrik stansiyası artıq fəaliyyətdədir, ikisi tikilir, daha beşinin isə Hormozqan əyalətində tikilməsi planlaşdırılır. Ümumi gücü 5 min meqavatdır”.
Eslami İsrailin hücumları nəticəsində zərər görən nüvə obyektlərinin bərpa ediləcəyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az