Rusiya təkliflərini Kiyevə təqdim edəcək Kosaçev

24.05.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Rusiya Ukrayna ilə münaqişənin həlli üzrə memorandum çərçivəsində hazırladığı təklifləri yaxın günlərdə Kiyevə təqdim etməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federal Şurasının vitse-prezidenti Konstantin Kosaçev "Zvezda" telekanalına verdiyi açıqlamada bildirib.

“Bu memorandum üzərində iş, birincisi, artıq yekun mərhələdədir. İkincisi, məndə olan məlumata görə, yaxın günlərdə Rusiyanın hazırladığı təkliflər qarşı tərəfə təqdim olunacaq. Hazırkı mərhələdə təkliflərin ictimaiyyətə açıqlanacağı gözlənilmir. Bu, çox mürəkkəb və bir çox aspektlərdə həssas danışıqlar prosesidir”, - o deyib./axar.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью