Rusiya Telegram ı cərimələdi

20.05.2025

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskvada magistratura hakimi “Telegram Messenger Inc” şirkətini şəxsi məlumatların lokallaşdırılması ilə bağlı qanunu pozduğuna və Rusiya qanunvericiliyinə əməl etmədiyinə görə cərimələyib.
 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

"Telegram Messenger Inc-ə ümumilikdə 2,8 milyon rubl məbləğində inzibati cərimə tətbiq edilsin", - mətbuat xidməti bildirib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 13.39-cu maddəsinin 1-ci hissəsi (ani mesajlaşma xidmətinin təşkilatçısı tərəfindən öhdəlikləri yerinə yetirməməsi) və İnzibati Xətalar Məcəlləsinin 13.11-ci maddəsinin 8-ci hissəsi (fərdi məlumatlar sahəsində Rusiya qanunvericiliyinin pozulması) ilə təqsirli bilinib.


Əvvəllər “Telegram” Rusiyada müxtəlif pozuntulara, o cümlədən qadağan olunmuş məzmunun silinməməsinə görə dəfələrlə cərimələnib.

Fidan Hacızadə
Sfera.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью