Rusiya Telegram ın sahibini beynəlxalq axtarışa verdi

29.07.2026

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram platformasının qurucusu Pavel Durov barəsində beynəlxalq axtarış elan edildiyini açıqlayıb.

Rusiya KİV-lərinin məlumatına görə, FSB Durova qarşı terrorçuluq fəaliyyətinə yardım ittihamı irəli sürüb.

Qurumun açıqlamasında bildirilib ki, Pavel Durova qarşı Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi (terrorçuluq fəaliyyətinə yardım) üzrə aparılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb.

FSB-nin məlumatına əsasən, bununla əlaqədar Pavel Durov beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, bu məlumat Rusiya dövlət agentliyi TASS və REN TV tərəfindən FSB-yə istinadən yayılıb. Hazırda Pavel Durovun özü və ya Telegram tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью