Rusiya təlimə başlayır

21.07.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya və İndoneziya iyulun sonunda “Orruda-2026” birgə dəniz təlimlərinə başlayacaq.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiyanın İndoneziyadakı səfiri Sergey Tolçenov TASS agentliyinə müsahibəsində məlumat verib.

Diplomat bildirib ki, “Orruda-2026” təlimləri bu ayın son ongünlüyündə keçiriləcək. Onun sözlərinə görə, təlimlərin həmin tarixlərdə təşkil olunması Rusiyada Hərbi Dəniz Qüvvələri Gününün qeyd edilməsi ilə əlaqədardır.

Sergey Tolçenov qeyd edib ki, bunlar Rusiya və İndoneziya arasında keçirilən ikinci ikitərəfli dəniz təlimləri olacaq və Vladivostok yaxınlığında baş tutacaq.

Səfirin sözlərinə görə, təlimlərdə İndoneziyaya məxsus ən azı bir, ehtimal ki, iki hərbi gəminin iştirakı qəti şəkildə təsdiqlənib. Təlimlərə Rusiya Sakit Okean Donanmasının gəmiləri də cəlb olunacaq.

“Hər şey planlaşdırıldığı kimi gedir. İndoneziyadan Vladivostoka səfərin uzunluğunu nəzərə alsaq, hesab edirəm ki, indoneziyalılar artıq orada olacaqlar və təlimlər razılaşdırılmış tarixlərdə keçiriləcək”, – deyə Tolçenov əlavə edib.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью