Rusiya tərəfi üçüncü raund keçirməyə hazırdır

14.07.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

"Rusiya danışıqların üçüncü raundunu keçirməyə hazır olduğunu bildirir və tarixlərin təyin olunmasını gözləyir, lakin Ukrayna açıq şəkildə tələsmir".

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Aydındır ki, Kiyev tələsmir. Biz hələ vaxtla bağlı təklifləri gözləyirik. Rusiya tərəfi üçüncü raund keçirməyə hazırdır", - o bildirib.

Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpa olunmuş ikinci raundu baş tutub. Görüş bir saatdan çox davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью