Rusiya tərəfindən vurulan AZAL təyyarəsi ilə bağlı YENİ AÇIQLAMA: Kremlin politoloqu ETİRAF ETDİ KONKRET

30.07.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kremlyönümlü politoloq Sergey Markov AZAL-ın təyyarəsini Rusiyanın vurduğunu etiraf edib. Onun sözlərinə görə, Moskva ilə Bakı arasında münaqişə məhz buna görə alovlanıb.

KONKRET.az xəbər verir ki, Markov yerli telekanalın efirindən bunları deyib:

“Rusiya ilə Azərbaycan arasında baş verənlərin səbəbi təyyarədir. Bu təyyarəni biz vurmuşuq. Azərbaycan hakimiyyəti də anlayır ki, Rusiya rəhbərliyi təyyarənin onlar tərəfindən vurulduğunu yaxşı bilir. Ona görə də rəsmi Bakı üzr tələb edir. Hansı ki, Azərbaycan tərəfi İkinci Qarabağ Müharibəsində bizim helikopterimizi vuran zaman üzr istəmiş və konpensasiya ödəmişdi. İndi eyni tələbi Rusiya hakimiyyətindən edirlər. Ancaq Rusiya hələ də bu tələbi yerinə yetirmir”, – Markov vurğulayıb.

https://konkret.az/cloud/uploads/2025/07/WhatsApp-Video-2025-07-30-at-14.01.37.mp4

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью