Rusiya təyyarə qəzası ilə bağlı zaman qazanmağa çalışır AÇIQLAMA | Icma.az
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"“Rusiya niyə bunu edir?” sualına cavab olaraq qeyd etmək lazımdır ki, bu ölkə müəyyən mənada vaxt udmağa çalışır.
Əgər nəzərə alsaq ki, ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) şərtlərinə görə, bir il ərzində qəza ilə bağlı hesabat açıqlanmalıdır, bu müddət artıq başlanıb.
Rusiya tərəfi isə bildirir ki, istintaqın nəticələrini yalnız yekun hesabat təqdim olunandan sonra açıqlayacaq.
Halbuki ilkin hesabat artıq Qazaxıstan tərəfindən yayımlanıb".Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.O bildirib ki, Rusiya yekun hesabatdan sonra nəticələri elan etmək niyyətindədir:"Bu isə o deməkdir ki, uzağı bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər nəticələr ictimaiyyətə açıqlanmalıdır.
Məsul şəxslərin cəzalandırılması və digər detalların tənzimlənməsi üçün əlavə zamana ehtiyac duyurlar.Rusiyaya beynəlxalq təsirin əvvəlki qədər güclü olmadığı görünür.
Malayziya təyyarəsinin vurulması hadisəsində də Rusiya məsuliyyəti üzərinə götürməmiş və prosesi illərlə uzatmışdı.
Həmin dövrdə beynəlxalq məhkəmə və istintaq uzun müddət davam etmişdi.Bu gün də Rusiya oxşar davranış sərgiləyir.
Tam oxu
Xəbəri oxu