Rusiya təyyarəsi Antalyada YANDI

25.11.2024

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın “Azimut” aviaşirkətinə məxsus təyyarə Antalya hava limanına eniş edərkən yanğın baş verib, lakin yanğın söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib. 

"Yanğın Soçidən Antalyaya uçan Sukhoi Superjet 100-95LR təyyarəsinin enişi zamanı başlayıb. Yanğının mühərrikdə başladığı ehtimal edilir. Hava limanının yerüstü xidmətləri tez bir zamanda yanğınla mübarizəyə başlayıb", - deyə məlumatda bildirilir.

Hava limanında baş verən insident səbəbindən təyyarənin endiyi uçuş-enmə zolağı bağlanıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью