Rusiya təyyarəsi bu ölkəyə girdi: Nə baş verir?

02.02.2026

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ rəsmiləri Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsinin Kubanın hərbi aerodromuna enişi ilə bağlı narahatlıq ifadə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Xəbərə görə, adətən hərbi texnikanın daşınması üçün istifadə edilən İl-76 təyyarəsi Havanadan təxminən 30 mil cənubda yerləşən “San Antonio de los Baños” hərbi hava limanına enib.

Açıq uçuş məlumatları göstərir ki, eyni təyyarə 2025-ci ilin oktyabr ayının sonunda ABŞ-Venesuela münasibətlərinin gərginləşdiyi dövrdə Venesuela, Nikaraqua və Kubaya uçuşlar həyata keçirib.

Amerikalı rəsmilər və analitiklər bölgədə Rusiyanın artan hava fəallığından narahat olduqlarını bildiriblər. Bununla belə, təyyarənin son uçuş zamanı hansı yükü daşıdığı hələlik məlum deyil.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью