Rusiya təyyarəsi bu şəhərə məcburi eniş etdi Bu səbəbdən

30.12.2024

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fərqanədən Moskvaya uçan Rusiya təyyarəsi dekabrın 30-u bazar ertəsi səhər təcili olaraq Daşkənd Beynəlxalq Hava Limanına enib.

Publika.az "Московский комсомолец"ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Hava Limanlarının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təcili eniş sərnişinlərdən birinin səhhətinin pisləşməsi ilə bağlıdır.

Qadının Daşkənddəki tibb müəssisələrindən birinə insult şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Daha sonra təyyarə təyinat yerinə - Moskvaya istiqamət alıb.

Valeh

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью