Rusiya ticarət mərkəzinə zərbə endirib Çoxsaylı itkilər var

21.08.2026

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki ticarət kompleksinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

Bu barədə "RBK-Ukrayna" Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanjanın açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, zərbə nəticəsində yanğın baş verib və mülki əhali arasında çoxsaylı itkilər qeydə alınıb. O əlavə edib ki, ərazidə xilasetmə əməliyyatına başlanılıb.

"Ticarət mərkəzi dağıdılıb. Yanğın baş verib", - Qanja qeyd edib.

Qurbanların dəqiq sayı hələlik məlum deyil. /"Report" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью