Rusiya Trampı təkzib etdi: Olmayacaq!

23.02.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Fevralın 25-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında heç bir görüş hazırlanmır.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Bunu təsdiqləyə bilmərəm. Ər-Riyadda heç bir görüş hazırlanmır”, - Ryabkov bildirib.

Qeyd edək ki, ötən gün Donald Tramp ABŞ və Rusiya arasında növbəti görüşün 25 fevralda Ər-Riyadda olacağı barədə məlumat yaymışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью