Rusiya Trampın neft hasilatına qoyulan bütün məhdudiyyətləri ləğv edəcəyinə inanır

07.12.2024

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Amerika bazarında yanacağın qiymətini aşağı salmaq üçün neft hasilatına qoyulan bütün məhdudiyyətləri aradan qaldıracaq. 

Qaynarinfo xəbər verir ki, bunu "Rosneft"in rəhbəri İqor Seçin deyib.

"Tramp Amerika bazarında yanacağın maya dəyərini azaltmaq üçün çox güman ki, bütün istehsal məhdudiyyətləri qaldıracaq, vergilər azaldılacaq və inzibati maneələr ləğv ediləcək", deyə o qeyd edib.

Onun fikrincə, Tramp investisiyaları xəyali alternativ enerjidən real sektora yönləndirəcək.

Samir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью