Rusiya Trampın Qəzza planına qarşı çıxıb

26.02.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Fələstinlilərin Qəzza zolağından region ölkələrinə köçürülməsi Fələstin-İsrail probleminin altına bomba qoymaq deməkdir".

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov Qətərə səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

O, rəsmi Moskvanın fələstinlilərin Qəzza zolağından regionun digər ölkələrinə köçürülməsi ideyasını dəstəkləmədiyini vurğulayıb.

Xatırladaq ki, D.Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini təklif edib. O, bu fikri İordaniya Kralı II Abdullahla telefon danışığı zamanı irəli sürüb. D.Tramp qeyd edib ki, Qəzza artıq xarabalığa çevrilib, orada salamat bina qalmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью