Rusiya Trampın təkliflərini qəbul edib

17.07.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya ABŞ Prezidenti Donald Trampın Alyaskada irəli sürdüyü təklifləri qəbul edib. 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Biz Trampın Alyaskada irəli sürdüyü təklifləri qəbul etmişik. Trampı bu təkliflərdən onun avropalı müttəfiqləri və əlbəttə ki, cənab Zelenski uzaqlaşdırmağa çalışırlar”, – deyə Lavrov bildirib.

“Qoy ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner qarşılarına prezident tərəfindən qoyulan vəzifələrlə məşğul olsunlar. Biz isə öz vəzifələrimizi həll edirik. Prezident Vladimir Putin açıq şəkildə bildirib ki, sülh yolu ilə vəziyyəti tənzimləmək üçün bütün cəhdlər iflasa uğradıqdan sonra başladığımız bu iş, əvvəlki sənədləri imzalayanların hamısının yalan danışdığı və sonradan onları yerinə yetirmək istəmədiklərini etiraf etdiyi bir şəraitdə, sona çatdırılacaq”, – Rusiya XİN başçısı əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью