Rusiya Trampla razılaşdı: Ukraynaya zərbə endirməyəcək

30.01.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya ABŞ Prezidenti Donald Trampın xahişini nəzərə alaraq fevralın 1-dək Ukraynaya qarşı zərbələrdən çəkinməyə razılaşıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, bu qərar mümkün danışıqlar üçün daha əlverişli şəraitin yaradılması məqsədi daşıyır.

Peskov qeyd edib ki, Moskva münaqişənin diplomatik yollarla nizamlanması imkanlarını nəzərdən keçirmək üçün müəyyən müddət ərzində hərbi aktivliyi azaltmağa hazırdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən soyuq havaya görə bir həftə ərzində Ukraynaya zərbə endirməmək barədə xahiş ediyini demişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью