Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq

11.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Donald Tramp və Vladimir Putin arasında bağlanmış "dizel sazişi"ndən Rusiya 7 milyard dollar gəlir əldə edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

“Dizel yanacağının satışının Putinin müharibə fonduna əslində nə qədər vəsait qazandıra biləcəyini dəqiq hesablamaq mümkün deyil. Bununla belə, əgər Rusiya sözügedən 4,8 milyon ton dizel yanacağını tonu təxminən 1400 dollar olan cari bazar qiymətinə satsa, bu, təxminən 6,7 milyard dollar gəlir deməkdir”, - nəşr bildirib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyaya dizel ixracı ilə bağlı tətbiq edilən sanksiyaları növbəti ilin aprelin 7-dək aradan qaldırıldığını bəyan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью