Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Federasiyasının Dövlət Duması yerli özünüidarə haqqında yeni qanun layihəsi hazırlayır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, qanun layihəsi ikipilləli sistemin saxlanmasını nəzərdə tutsa da, birinci dərəcəli bələdiyyələri – şəhər və kənd bələdiyyələrini ləğv edəcək və birpilləli yerli özünüidarə sisteminə keçəcək.
Bir sıra yerli analitiklər, subyektlər, xüsusilə Tatarıstan bununla razı deyil.
Hətta bu ilin yanvarında qanun layihəsi müzakirəyə çıxarılandan sonra Tatarıstan rəhbəri Rüstəm Minnixanov Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə məktub göndərmişdi.
“Rusiya bir şablonla idarə oluna bilməz”, - Minnixanov qanun layihəsinə etirazını bildirmişdi.
“Kreml çox güman ki, Tatarıstan və Dövlət Dumasının sədri Vyaçeslav Volodin ətrafında yaradılmış şərti koalisiyaya müəyyən güzəştlər edəcək, çünki Tatarıstan Rusiyanın regional sistemində kifayət qədər unikal mövqe tutur və bir sıra hallarda mərkəzi hökumətdən güzəştlər əldə etmək iqtidarındadır.