Rusiya Türkiyə ilə bu sazişləri təzələdi

27.11.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Moskva və Ankara Rusiyanın boru kəmərləri vasitəsilə Türkiyəyə qaz tədarükü müqaviləsinin müddətini daha üç il uzadıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

“Qazprom” və Türkiyənin dövlət şirkəti BOTAŞ əməkdaşlığın əvvəlki həcmlərini və şərtlərini qoruyub saxlayıb. Bu isə müddəti 2026-cı ilin sonunda başa çatan “Türk axını” və “Mavi axın” qaz kəmərləri vasitəsilə qaz tədarükünün sabitliyini təmin edir”, - o bildirib.

Novak qeyd edib ki, artıq 2027-ci ilin yanvarından etibarən “Novatek” şirkəti Türkiyə bazarına müntəzəm olaraq mayeləşdirilmiş təbii qaz tədarükünə başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью