Rusiya Türkiyədəki səfirini dəyişmək istəyir

02.06.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Rusiya Türkiyədəki səfirini dəyişmək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Kommersant” yayıb. 

Ölkənin Ankaradakı diplomatik missiyasının yeni rəhbərinin isə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşininin olacağı gözlənilir.

O, 2018-ci ilin martından nazir müavini vəzifəsini icra edir.  

Qeyd edək ki, Rusiyanın Türkiyədəki hazırkı səfiri 2017-ci ildən bu postu tutan Aleksey Yerxovdur.

Fotoda: Aleksey Yerxov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью