Rusiya üç ölkə ilə vizaları ləğv etməyi planlaşdırır

23.06.2025

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu il Rusiya İordaniya, Myanma və Bəhreynlə vizaları ləğv etməyi planlaşdırır

Bunu İqtisadi İnkişaf Nazirliyinin çoxtərəfli iqtisadi əməkdaşlıq və xüsusi layihələr departamentinin direktoru Nikita Kondratyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda TASS agentliyinə müsahibəsində bildirib.

"Biz ümid edirik ki, 2025-ci ildə bütün bu ölkələr üçün sazişlər bağlanacaq”, - deyə o bildirib. Kondratyev qeyd edib ki, Myanma ilə viza rejiminin ləğvi ilə bağlı saziş layihəsi demək olar ki, tamamlanıb: artıq iki ölkə hökumətlərinin qərarları var, yalnız liderlərin növbəti görüşü gözlənilir. "Düşünürəm ki, biz Myanma ilə EEF-də müqavilə imzalayacağıq", - departament rəhbəri əlavə edib.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью