Rusiya üçün fəlakət: Bu şəhər uğrunda 50 min itki verdilər

06.04.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donetsk vilayətinin Toretsk şəhəri uğrunda gedən döyüşlərdə rusların itkiləri 15 mini ötüb.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 100-cü əlahiddə mexanikləşdirilmiş briqadasının kapitanı Sergey Xominski “Ukrayna radiosu”na açıqlamasında deyib.

Onun sözlərinə görə, onun olduğu briqada 2024-cü ilin iyulundan Toretskdə döyüşür:

“Şəhər uğrunda döyüş 9 aydır davam edir. Bu müddət ərzində düşmən heç bir mübaliğəsiz canlı qüvvə sarıdan fəlakətli itkilər verdi. Toretskdə düşmənin ölən hərbçilərinin sayı 15000-i keçib. Yaralılar da nəzərə alınmaqla ümumi itkilər 50 mindən çoxdur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью