Rusiya üçün keçən fəlakətli gecə

18.01.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Rusiya yanvarın 17-dən 18-nə keçən gecə Ukrayna tərəfindən genişmiqyaslı PUA hücumuna məruz qalıb.

Ölkə.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, yanvarın 18-nə keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri  46 PUA-nı zərərsizləşdirə bilib.

Bunlardan 18-i Bryansk vilayəti, 11-i Kursk, yeddisi Kaluqa, beşi Tula, üçü Belqorod, ikisi Voronej üzərində vurulub.

Bundan əvvəl Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bildirib ki,, bölgə səmasında 5 PUA vurulub. Müdafiə Nazirliyinin hesabatında bu barədə məlumat verilmir.

Tula vilayətinin qubernatoru Dmitri Milyayev bildirib ki, PUA-nın hücumu nəticəsində müəssisələrdən birində yanacaq və sürtkü yağları olan konteyner yanıb ,  
Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa isə deyib ki, PUA-hücumu nəticəsində sənaye müəssisəsinin ərazisində yanğın baş verib.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью