Icma.az, Axar.az saytına istinadən bildirir.
Ermənistan Rusiya vətəndaşları üçün viza tətbiq etməyi planlaşdırmır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamasını şərh edərkən deyib.
“Ermənistan hakimiyyəti tərəfindən belə bir məsələ heç vaxt müzakirə olunmayıb. Ermənistanda Rusiya vətəndaşlarına münasibət isti olub və ölkə hər zaman rusiyalı turistləri qəbul etməyə hazırdır. Onlar bizim turizm məkanlarımızın tanıdılmasına fəal şəkildə töhfə verirlər”, - Paşinyan bildirib.