Rusiya Ukrayna cəbhəsində qarşılıqlı zərbələr...

04.09.2026

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Ötən gen ərzində Rusiya silahlı qüvvələrinin Ukraynanın Odessa şəhərinə endirdiyi raket zərbələri nəticəsində yaşayış binasına zərər dəyib, üç nəfər vətəndsş xəsarət alıb. Bu barədə şəhərin hərbi rəhbəri Sergey Lısak məlumat verib.
Paytaxt Kiyevə hücumlar nəticəsində 12 nəfər xəsarət alıb.

 Zaparojye vilayətinə dron hücumları nəticəsinfə bir nəfər yaralanıb, çoxmərtəbəli binada yanğın baş verib. 

 Dnepropetrovsk vilayətinin qubernatoru Aleksandr Qanjanın verdiyi məlumata görə, hücumlar nəticəsinfə iki polis işçisi həlak olub.

 Ukrayna silahlı qüvvələri də Rusiyanın Krasnodar vilayətinin neft obyektlərinə dron hücumları edib. Bundan başqa Soçi şəhəri saatlarla kütləvi dron hücimlarına  məruz qalıb və neft bazalarında güclü yanğınlar başlayıb.

 Rüstəm Hacıyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью