Rusiya Ukrayna danışıqları bu həftə keçirilə bilər

21.07.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, İstanbul Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinə ev sahibliyi edəcək.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, danışıqların bu həftə ərzində - 23 və ya 24 iyul tarixlərində baş tutması gözlənilir.

Görüşün yeri, vaxtı və nümayəndə heyətinin sayı ilə bağlı dəqiq məlumatlar hələlik açıqlanmayıb.

Həmçinin qeyd olunub ki, İstanbul iyulun 25-i İran və Avropa ölkələri arasında nüvə müzakirələrinə də ev sahibliyi edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью