Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu iyunun 2-də İstanbulda keçiriləcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti memorandum hazırlayıb və onu Ukrayna tərəfinə təqdim etməyə, eləcə də bu barədə lazımi izahatları verməyə hazırdır.