Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları mayın 16-na, cümə gününə təxirə salına bilər.
Reyting.az xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadla məlumat yayıb.
Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqları başa vurduqdan sonra görüşün ya bu axşam, ya da sabah baş tuta biləcəyini deyib. O, Ukrayna nümayəndə heyətinin artıq Ankaradan İstanbula yola düşdüyünü bildirib. Bundan əvvəl o, nümayəndə heyətinin rəhbəri, Müdafiə naziri Rustem Umerov olacağını açıqlamışdı.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında İstanbulda danışıqlar mayın 15-nə planlaşdırılıb. Rusiya nümayəndə heyəti cümə axşamı səhər saatlarında İstanbula gəlib və ona prezidentin köməkçisi Vladimir Medinski başçılıq edir.
ELÇİN