Rusiya Ukrayna danışıqları Türkiyədə davam etdirilə bilər

12.03.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Türkiyə xarici işlər naziri Hakan Fidan ölkəsinin Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə həlli məqsədilə danışıqlar üçün bir daha platforma təqdim etməyə hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Almaniya xarici işlər naziri Yohann Vadeful ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında danışıb.

“Rusiya ilə Ukrayna arasındakı müharibə gündəmin əsas məsələsi olaraq qalır. Əhəmiyyətli irəliləyişin əldə edildiyi və sülh prosesinin yekun mərhələyə yaxınlaşdırıldığı əvvəlki danışıqların fasiləsiz davam etməsi vacibdir. Ölkəmiz sülhə danışıqlar yolu ilə nail olmaq üçün bütün maraqlı tərəflərlə əməkdaşlığı davam etdirəcək. Növbəti danışıqlar mərhələsinə ev sahibliyi etməyə hazırıq”, - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью