Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verildiyi kimi, bu həftə Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun keçirilməsi gözlənilir.
Bu barədə “İndependent” qəzetinin Türkiyə versiyası məlumat yayıb və görüşün İstanbulda iyulun 23 və ya 24-də keçirilə biləcəyini yazıb.Rusiyanın TASS agentliyi də oxşar məlumat paylaşıb.
Lakin Kreml sözçüsü Dmitri Peskovun açıqlaması danışıqların sual altında olduğuna dair qənaət yaradı.
“AzPolitika” xəbər verir ki, Peskovun mətbuata söylədiklərinə görə, Kiyevin və Moskvanın Rusiya-Ukrayna nizamlanmasına dair memorandum layihələri diametral olaraq bir-birilə ziddiyyət təşkil edir: "Qarşıda çoxlu diplomatik iş var.
Bu iki layihə üzrə fikir mübadiləsi aparmaq və danışıqlar aparmaq lazımdır".Peskov qeyd edib ki, Rusiya tərəfi danışıqların üçüncü raundunun keçirilməsinin tərəfdarıdır və tarix barədə yekun anlaşma əldə olunan kimi bununla bağlı məlumat veriləcək.
O, həmçinin əlavə edib ki, Rusiya nümayəndə heyətinin tərkibi dəyişməz qalacaq.
Qeyd edək ki, bundan öncə NATO Baş katibi də daxil olmaqla, Qərb liderləri Moskvanın danışıqlara Vladimir Medinskini göndərməsini, onunsa danışıqlarda “tarix dərsi keçməsini” qeyri-ciddi yanaşma kimi qəbul edib.