Rusiya Ukrayna danışıqlarının üçüncü raundu nə vaxt baş tutacaq? Peskovdan açıqlama

26.06.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun tarixi məhbus mübadiləsi başa çatdıqdan sonra məlum olacaq.

Oxu.Az-ın TASS istinadən xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Hazırda biz İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının ikinci raundu zamanı əldə olunmuş humanitar razılaşmaların həyata keçirilməsi üzərində işləyirik. Razılaşdırılmış bütün prosedurlar, mübadilə başa çatdıqdan sonra üçüncü raundun tarixini müəyyənləşdirməyin vaxtı çatacaq", - deyə Peskov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью