Rusiya Ukrayna dronlarından bu sistemlə qorunmağa çalışır VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

28.12.2024

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Ukrayna dronlarından qorunmaq üçün yeni vasitə tapıb.

"AzPolitika" xəbər verir ki, avtomobillərin daşıdığı bu yeni silahın görüntüləri sosial şəbəkələrin Rusiya seqmentində dərc edilib.

Belə ki, avtomobillərin üzərindəki sistem 24 lüləli silahdan və AK seriyalı piyada tüfəngi ilə təchiz olunub.

AK tipli tüfəngin yerləşdiyi avtomobilin arxa hissəsində əllə idarə olunan qurğu da var. Bu tüfənglər xüsusiyyətlərinə, xüsusən də gözə çarpan ağız uclarına və ön nişangahlarına görə 7,62x39 mm AK-12-lərə bənzəyir.

Qeyd edək ki, sözügedən sistemin PUA-lara qarşı effektiv olduğu bildirilir.

"AzPolitika.info"


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью