Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya–Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti üçtərəfli danışıqlar fevralın 4 və 5-də Əbu-Dabidə baş tutacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün Telegram kanalında məlumat verib.
O bildirib ki, Ukraynanın danışıqlar qrupunun hesabatını dinləyib. “Ukrayna məzmunlu və konkret dialoqa hazırdır və biz nəticənin müharibənin real və ləyaqətli şəkildə başa çatmasına yaxınlaşdırmasında maraqlıyıq”, – deyə dövlət başçısı əlavə edib.